"Leypsiq"in hücumçusu Timo Verner İspaniyaya köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Almaniya millisinin üzvü "Valensiya"nın maraq dairəsindədi.

Rodriqo Morenonu "Atletiko"ya satmağa hazırlaşan "yarasalar" hücum xəttindəki boşluğu 23 yaşlı oyunçu ilə doldurmaq niyyətindədi. Klublar arasında rəsmi danışıqlara start verilib. Keçidin yaxın günlərdə reallaşması istisna edilmir.

Qeyd edək ki, Timo Verner 2016-cı ildən "Leypsiq"in formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest