Ukraynanın “Dinamo” klubunun baş məşqçisi Aleksandr Xatskeviç vəzifəsindən ayrılıb. Matc.az xəbər verir ki, bu barədə Kiyev təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
“Dinamo”nun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Belçika “Brügge”sini keçə bilməməsi 45 yaşlı mütəxəssisə baha başa gəlib. Bu komandalar arasındakı cavab qarşılaşmasından sonra baş məşqçi istefaya göndərilib.
 
Xatskeviç 2017-ci ildən “Dinamo”nu çalışdırırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest