"Biz "Neftçi" üçün çox can qoymuşuq. Dövlət orqanlarına çağırılmışıq, nə hədələr görmüşük, amma zərrə qədər "Neftçi" sevgisindən əl çəkməmişik. Çünki sevgimiz təmiz, dürüst olub". Matc.az xəbər verir ki, bu sözlər "Forza Neftçi" fanklubunun rəhbəri Sübhan Əliyevə məxsusdu.

"Neftçi" Avropa Liqasındakı uğursuzluqdan sonra Azərbaycan çempionatının ilk turunda "Sabah"la görüşdə xal itirdi - 1:1. Nəticədən narazı qalan Əliyev feysbuk profilində yazdığı statusunda paytaxt təmsilçisini ittiham edib.

"Sizə verdiyimiz dəstək burnunuzdan gəlsin, heç birinə layiq deyilsiz. "Forza Neftçi" olaraq haqqımızı halal etmirik! İllərdi kimlər gəlir, azarkeşə kənar şəxs, biri "xuliqan", biri "avara" deyir. İllər keçir rəhbərlik dəyişir, amma yenə də "Neftçi"nin yanında azarkeşi olur" - deyə, Əliyev yazıb.

O, klub rəhbərliyinin baş məşqçi Roberto Bordinə dəstək verməsini qəbul edə bilmir: "Gedin bizi çempionluqdan edən məşqçinizdən bərk yapışın. Siz dəstəyə layiq deyilsiz. "Forza Neftçi" olaraq tribunadan çəkilirik. Onsuz da hamınız bir gün gedəcəksiz və "Neftçi"yə qalan biz olacağıq! Siz gedin qapıları bağlayın, bizim uşaqlar bayırda qalsınlar".

Qeyd edək ki, "Sabah"la oyunun gedişində digər azarkeş qrupu “Neftçimania” da komanda rəhbərliyini istefaya səsləmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest