UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda İtaliyanın "Roma" klubunu qəbul edəcək "Fənərbaxça"da qarşılaşma öncəsi baş məşqçi İsmayıl Kartalın meydana çıxaracağı taktiki sxem bəlli olub.
Matc.az xəbər verir ki, bu barədə "Sporx" portalı məlumat yayıb.
Bildirilir ki, İstanbul təmsilçisinin çalışdırıcısı daha əvvəl üstünlük verdiyi 4-2-3-1 düzülüşündən imtina edərək "Roma" qarşısına 3-4-2-1 sistemi ilə çıxmaq qərarına gəlib.
Bu taktiki gedişə əsasən, komandanın qapısını yenə Ederson qoruyacaq. Müdafiə xəttində isə Opponq, Şkrinyar və Ake "üçlüy"ü yer alacaq. Yarımmüdafiədə cəzalı vəziyyətdə olan Genduzinin yoxluğunda İsmayıl Yüksək meydana çıxacaq və onun mərkəzdəki tərəfdaşı Kante olacaq.
Cinah müdafiəçiləri mövqeyində Mərt Müldür və Arçi Braunun oynayacağı gözlənilir. Bu iki futbolçunun hücum zamanı irəli atılacağı, top rəqibdə olanda isə müdafiə xəttinə kömək edəcəyi planlaşdırılır.
İstanbul nəhənginin hücumunun cinahlarında Kərəm Aktürkoğlu ilə Meyson Qrinvud qərarlaşacaq. Komandanın ön xəttindəki əsas qol silahı isə yenə Vedat Muriqi olacaq.
Qeyd edək ki, qarşılaşma bu gün İstanbulda, Kadıköydə yerləşən "Şükrü Saracoğlu" stadionunda baş tutacaq. Maraqla gözlənilən oyun Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.




_1789042859.jpg)








