Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriib. Matc.az xəbər verir ki, tur liderlərin qarşılaşması ilə başlayıb.

Mövsümə qələbə ilə başlayan üç komandadan ikisi Sumqayıtda qarşılaşıb. Şəhərin eyniadlı təmsilçisi "Səbail"i sınağa çəkib.

Matçda hesabı penaltidən fərqlənən Ağabala Ramazanov açıb. Fasilədən dərhal sonra rəqibi əks-hücumda yaxalayan qonaqlar Şəhriyar Rəhimovun qolu sayəsində fərqi daha da artırıblar. 69-cu dəqiqədə isə Ağabala özünün ikinci, komandasının üçüncü qolunu vurmaqla hesabı darmadağın həddinə çatdırıb. Sumqayıtlılar əlavə vaxtda penaltidən hesab arasındakı fərqi azaltmaq şansı əldə etsələr də, bundan yararlana bilməyiblər.

Daha 2 qarşılaşma sabah keçiriləcək. Paytaxt təmsilçilərinin duelində "Sabah" "Keşlə"ni qəbul edəcək. Avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimiz "Qarabağ" isə ilk ev oyununda "Qəbələ" ilə üz-üzə gələcək.

Tura bazar ertəsi  paytaxt derbisi ilə yekun vurulacaq. "Zirə" və "Neftçi" mövsümdə ilk qələbələrini qazanmaq üçün mübarizə aparacaqlar.

Azərbaycan Premyer Liqası
II tur
24 avqust (şənbə)

"Sumqayıt" – "Səbail" 0:3
Qol: A.Ramazanov, 10-pen; 69. Ş.Rəhimov, 51.
"Sumqayıt"ın futbolçusu Əmir Ağayev 90+7-ci dəqiqədə penaltidən yararlana bilməyib - qapıçı
"Kapital Bank Arena". Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Namiq Bəkirov

Sumqayıt: 1. Mehdi Cənnətov, 22. Sərtan Taşqın, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 4. Şəhriyar Əliyev, 14. Elvin Bədəlov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 70. Mehdi Şərifi, 44. Elvin Cəfərquliyev, 28. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 9. Amil Yunanov, 2. Rail Məlikov, 11. Elgün Nəbiyev, 97. Xəyal Nəcəfov, 7. Ehtiram Şahverdiyev, 25. Baxşəli Baxşəliyev, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.

Səbail: 85. Kamal Bayramov, 34. ürfan Abbasov, 55. Adil Nağıyev, 7. Fəhmin Muradbəyli, 32. Elvin Yunuszadə, 22. Mirabdulla Abbasov, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 8. Yevgeni Koçuk, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 12. Daniel Bojinovski, 25. Elxan Əhmədov, 4. Eltun Yaqublu, 17. Elçin Rəhimli, 26. Kamal Qurbanov, 9. Mirsahib Abbasov, 88. Orxan Qurbanlı, 5. Vüqar Bəybalayev, 6. Maykl Esyen, 23. Murtazəli Abakarov, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest