"Taktiki baxımdan oyun gözlədiyimiz kimi keçmədi".

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella 2026-cı il dünya çempionatının D qrupunun birinci turunda Avstraliyaya 0:2 hesabı ilə uduzduqları oyunu şərh edib.

Matc.az xəbər verir ki, italyan mütəxəssis taktiki planların işə yaramadığını bildirib:

"Taktiki baxımdan oyun gözlədiyimiz kimi keçmədi. Bilirdik ki, onlar arxayınlaşıb gözləyəcəklər. Əks-hücum etdilər. İki qol buraxdıq və çox məyus olduq. Amma komandamız meydanda komanda ruhu nümayiş etdirdi və ehtirasla oynadı. Əgər belə davam etsək, istədiyimiz nəticələrə nail olmağa başlayacağıq. Növbəti matçda daha yaxşı oynayacağıq".

Qeyd edək ki, Türkiyə millisi qrup mərhələsinin ikinci turunda iyunun 20-də Paraqvay, üçüncü turunda isə iyunun 26-da ABŞ ilə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest