"Şamaxı" ilə yollarını rəsmən ayıran Sezar Henrike karyerasını Ermənistanda davam etdirəcək.

Matc.az xəbər verir ki, braziliyalı oyunçusu "Alaşkert" klubu ilə anlaşıb. Bu keçidi sözügedən komandanın mətbuat xidməti rəsmən təsdiqləyib.

Tərəflər arasında bağlanan yeni müqavilənin maliyyə şərtləri və müddəti barədə məlumat verilmir.

Xatırladaq ki, Cənubi amerikalı müdafiəçi arxada qalan mövsümdə "Şamaxı"nın heyətində meydana çıxdığı 33 qarşılaşmada 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bundan əvvəl mətbuatda onun "Şəfa"ya keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest