Tanınmış almaniyalı məşqçi Yurgen Klopp FİFA-nın 2026-cı il dünya çempionatı üçün tətbiq etdiyi yeni qaydanı – futbolçuların sərinləməsi üçün nəzərdə tutulan 3 dəqiqəlik fasilələri sərt tənqid edib.

Tanınmış almaniyalı məşqçi Yurgen Klopp FİFA-nın 2026-cı il dünya çempionatı üçün tətbiq etdiyi yeni qaydanı – futbolçuların sərinləməsi üçün nəzərdə tutulan 3 dəqiqəlik fasilələri sərt tənqid edib.

Matc.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bu addımın sağlamlıq yox, reklam xarakterli olduğunu bildirib:

"Futbol kondisionerli ofislərdə oturan rəhbərlər tərəfindən girov götürülür. Bu "sərinləşmə fasilələri" bizə oyunçuların sağlamlığını qorumaq üçün atılan addım kimi təqdim edildi. Bəs əslində? Onlar sponsorlar üçün qurulmuş qızılı qəfəsdən başqa bir şey deyil. Oyun çay kimi axmalıdır, amma indi reklam xatirinə matçın ortasında bəndlər qururlar".

Qeyd edək ki, bir müddət əvvəl Yurgen Kloppun agenti almaniyalı çalışdırıcının Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun baş məşqçisi təyin olunacağı ilə bağlı yayılan şayiələri qəti şəkildə təkzib etmişdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest