"Sevilya"nın hücumçusu Moanes Dabbur Rusiyaya yollanmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 27 yaşlı futbolçu Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin komandası "Dinamo"ya keçmək üzrədi.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi israilli forvardını göndərməyin əleyhinə deyil. Hazırda klublar arasında danışıqlar aparılır. "Sevilya"da hələ  debüt etməyən Dabbur özü də oynaya biləcəyi komandaya keçmək niyyətindədi.

Həmçinin "Ufa"nın hücumçusu Silvestr İqbunun da "Dinamo"ya keçidi istisna edilmir. Moskva təmsilçisi onu icarəyə götürmək niyyətindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest