İspaniyanın "Qranada" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi İtaliyanın "Roma" klubunun yarımmüdafiəçisi Maksim Qonalonu heyətinə cəlb edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı fransalı futbolçu mövsümün sonunadək icarəyə götürülüb.
 
Lion "Olimpik"inin yetirməsi olan, Fransa yığmasında 8 oyun keçirmiş Qonalon, "Roma"ya 2017-ci ildə transfer olunub. O, ötən mövsümü İspaniyanın digər La Liqa təmsilçisi "Sevilya"da icarədə keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest