İtaliya yığmasının baş məşqçisi Roberto Mançini "Breşiya"nın hücumçusu Mario Balotellinin milliyə dönüşünü istisna etməyib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis keçmiş yetirməsinin qarşısına bunun üçün şərt qoyub.

Belə ki, Mançini yığmaya qayıtmaq üçün Balotellinin formaya düşməsini istəyib: "ümid edirəm ki, Marionu yenidən yığmada görə biləcəyik. Onun 29 yaşlı var və karyerasının pik həddində olmalıdı. Balotelli əgər mövsümdə 25 qol vursa, rəqibə pressinq etsə, komandanın uğuru üçün çalışsa və 29 yaşlı futbolçunun etməli olduğu işləri görsə, yenidən İtaliya millisinin formasını geyinə biləcək. Onun uğurlu mövsüm keçirməyə ehtiyacı var".

Qeyd edək ki, Balotelli "Mançester Siti"də Mançininin rəhbərliyi altında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest