Qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulub. Matc.az xəbər verir ki, bu gün həlledici oyunlar keçirilib.
 
öncə qitə birinciliyinin bürünc medalçısı bəlli olub. Ankarada keçirilən üçüncü yer uğrunda oyun İtaliya və Polşa yığmaları arasında baş tutub. Hər üç setdə qələbə qazanan İtaliya millisi qitə üçüncüsü olub.
 
Final görüşündə isə son Avropa çempionu Serbiya ilə Türkiyə yığması qarşılaşıb. Həlledici qarşılaşmada ilk dəfə qitə çempionu olmağa çox yaxın olan qardaş ölkə təmsilçisi tay-brekdə uduzmaqla gümüş medallarla kifayətlənməli olub. Serbiya yığması isə ardıcıl ikinci, tarixində isə üçüncü dəfə Avropa çempionu adını qazanıb. Bu komanda ilk dəfə 2011-ci ildə qitənin ən güclüsü olmuşdu.
 
Avropa çempionatı
8 sentyabr
 
üçüncü yer uğrunda oyun
İtaliya - Polşa 3:0 (25:23, 25:20, 26:24)
 
Final
Serbiya – Türkiyə 3:2 (21:25, 25:21, 25:21, 22:25, 15:13)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest