"Avrokubok inanılmaz macəra idi. Beynəlxalq futbolla vidalaşdığım zaman Azərbaycan və Monteneqro kimi yerlərə getmək günlərim də bitəcək. Bu üzdən sevdiyim komanda olan "Linfild"i oralara aparmaq əla təcrübə oldu".

"Linfild"in baş məşqçisi Devid Hili ölkəsində avqust ayının ən yaxşı baş məşqçisi seçilib. Matc.az saytının yerli mətbuata istinadən məlulatına görə, Şimali İrlandiya Futbol Yazarlar Birliyi onu bu ada layiq görüb.

Mükafatlandırma mərasimində çıxış edən Hili komandasının bu mövsüm avrokubokda keçdiyi yolu xatırlayıb: "Avrokubok inanılmaz macəra idi. Beynəlxalq futbolla vidalaşdığım zaman Azərbaycan və Monteneqro kimi yerlərə getmək günlərim də bitəcək. Bu üzdən sevdiyim komanda olan "Linfild"i oralara aparmaq əla təcrübə oldu. "Linfild"də uğur qazanmaq üçün çox şey var. Bu mükafata görə hər kəsə minnətdaram. Amma yenidən ölkə çempionatına fokuslanmalıyıq. Daxili yarışlarda uğur qazanmasan, Avropada sənə yer yoxdu".

Qeyd edək ki, "Linfild" Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşıb. Belfastda 3:2 hesablı qələbə qazanan Şimali İrlandiya təmsilçisi Bakıda 1:2 hesabı ilə yenilərək mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest