Almaniya milli komandası Aç-2020-nin seçmə mərhələsində Şimali İrlandiyanı məğlub edib – 2:0. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşmada komandasının 2-ci qolunu vuran Serj Qnabri yeni rekorda imza atıb.

Belə ki, Şimali İrlandiya yığmasının qapısına yol tapan hücumçu, milli komanda ilə iştirak etdiyi son 10 oyunda 9-cu qolunu vurub.
 
21-ci əsrdə Almaniya millisinin heyətində 10 oyuna 9 qol vuran futbolçu olmayıb. Bundan əvvəlki ən yaxşı göstərici 10 oyuna 7 qol idi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest