11 Sentyabr 2026, 21:31
FUTBOL
Sumqayıt təmsilçisi son olaraq Fransanın "Qrenobl" komandasında çıxış etmiş Mamadi Banqre ilə 1+2 illik müqavilə imzalayıb.
2026/27 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub son olaraq Fransanın "Qrenobl" komandasında çıxış etmiş Mamadi Banqre ilə 1+2 illik müqavilə imzalayıb. 25 yaşlı vinger komandada "11" nömrəli formada çıxış edəcək.
Mamadi Banqre Fransanın "Tuluza" komandasının yetirməsidir. O, karyerası ərzində "Tuluza" ilə yanaşı "Trua", "Pau", "Qrenobl" kimi komandaların şərəfini qoruyub. Banqre həmçinin vətəni olan Burkina Faso millisində 9 oyun keçirib.













