Tailandın Pattaya şəhərində keçirilən ağır atletika üzrə kişilər arasında 85-ci, qadınlar arasında 28-ci dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, mundialda 105 ölkədən 734 atlet (395 kişi və 339 qadın) körpücük üzərinə çıxacaq ki, onların arasında Azərbaycan yığmasının 3 üzvü də var.
 
Onlardan biri – Səbinə Əzimova 55 kq çəki dərəcəsinin C qrupunda mübarizəyə qoşulub. İdmançımız toplam 181 kq (79+102) nəticə ilə bu qrupda 4-cü yeri tutub.
 
Əzimovanın yekun sıralamada tutduğu yer B və A qrupunda mübarizə başa çatandan sonra məlum olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest