İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt məşqçilik karyerasına qayıtmağı planlaşdırmır.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
56 yaşlı mütəxəssis "üç şirlər"lə işinin sonuna yaxın futboldan həzz almadığını etiraf edib. O, bir ildən çoxdur ki, oyunları stadiondan izləmir və bu həyat tərzindən məmnundur.
"Hətta qələbələrdən sonra belə sevinci bir neçə dəqiqədən çox çəkmirdi. Buna görə də demək olar ki, futbol izləmirdim. Yenidən elita divizionunda məşqçilik etmək? Etiraf etməliyəm ki, bunun baş verə biləcəyi bir ssenari görmürəm.
Həyatımın son 18 ayından zövq alıram. 37 il ərzində mənim özümü necə hiss etməyim şənbə günü qazandığım və ya uduzduğum oyundan asılı idi. Tamamilə fərqli bir təcrübə qazanmaq mənim üçün həqiqətən xoş oldu".
Qeyd edək ki, Qaret Sautqeyt 2016-cı ildən 2024-cü ilə qədər İngiltərə millisinə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda iki dəfə Avropa çempionatının finalına yüksəlib, həmçinin DÇ-2018-in yarımfinalında oynayıb.
Müqavilə müddəti başa çatdıqdan sonra o, heç bir komandanı çalıştırmayıb. Hazırda mütəxəssis UEFA-nın texniki müşahidəçilər qrupu ilə əməkdaşlıq edir və futboldan kənar layihələrlə məşğul olur.





_1792084612.jpg)







