15 Oktyabr 2026, 14:19
FUTBOL
U-23 minifutbol üzrə dünya çempionatında mübarizə aparan Azərbaycan millisi növbəti matçında möhtəşəm qələbə qazanıb.
U-23 minifutbol üzrə dünya çempionatında mübarizə aparan Azərbaycan millisi növbəti matçında möhtəşəm qələbə qazanıb. Yığmamız Birləşmiş Ərəb Əmirlikləri komandasını 4:2 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, qarşılaşma millimizin tam üstünlüyü şəraitində keçib. Komandamızın heyətində qolları 2-ci dəqiqədə Mirmövsüm Canıyev, 16-cı dəqiqədə Cavid Rəhimov, 18-ci dəqiqədə Fərid Abbasov və 37-ci dəqiqədə Kənan Məsimov rəqib qapısından keçiriblər.
Rəqib komanda bu qollardan yalnız ikisinin əvəzini çıxa bilib.













