"İnter"in kapitanı Lautaro Martines zədə səbəbindən təxminən beş həftə meydanlardan uzaq qalacaq. Argentinalı hücumçu Çempionlar Liqasının II turunda "Brügge"yə qarşı keçirilən və dublla yadda qaldığı oyunda (3:4) zədələnib.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sport Italia" nəşri məlumat yayıb.
Bildirilir ki, ertəsi gün tibbi müayinədən keçən futbolçunun sol bud nahiyəsində əzələ dartılması diaqnozu qoyulub. Hücumçunun bu müddət ərzində "Bolonya", "Şaxtyor", "Fiorentina", "Venesiya", "Milan", "Feyenoord" və "Komo" ilə matçları buraxacağı gözlənilir. Onun sıraya qayıtması noyabrın 22-nə planlaşdırılan "Atalanta" ilə görüşə təsadüf edə bilər.
Qeyd edək ki, "İnter"in kapitanı cari mövsümdə klub səviyyəsində yeddi matçda meydana çıxıb. O, bu oyunlarda 6 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.













