"Əsas odur ki, qələbə qazandıq. Bütün oyunlar kimi, bu da çətin oldu. Əlimizdən gələni etdik və qələbə qazandıq". Matc.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Maqaye Qeye Premyer Liqanın V turunda səfərdə "Zirə"ni məğlub etdikləri (3:1) oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 
 
29 yaşlı hücumçu deyib ki, oyun ərzində hər hansı fürsəti qazanırsansa, ondan istifadə etməlisən: "Biz də birinci yarıda bundan yararlandıq. 5 oyunda maksimum nəcitə qazanmışıq və burada pis heç nə yoxdu. Məşqçinin istəyi də odu ki, hər oyuna qələbə üçün çıxaq. Biz də onun dediklərini meydanda həyata keçiririk. Hər oyun fərqli olur. çıxırıq meydana və qələbə qazanırıq, bir sözlə məşqçinin dediyini edirik". 
 
Fransalı forvard Avropa Liqasının qrup mərhələsinin l turunda evdə İspaniya "Sevilya"sına uduzduqları oyunu unutduqlarını sözlərinə əlavə edib: "Bu, futboldu. Həm qələbə qazanırsan, həm də uduzursan. Keçmişlə yaşamaq olmaz. Növbəti oyunlara könlənmək lazımdı". 
 
çempionatda üçüncü qolunu vuran oyunçu Avropa Liqasında da fərqlənmək istədiyini söyləyib: "Qol vurmaq istəyirəm. Mən hücumçuyam. Hücumçular qolla yaşayır. Ona görə də, imkan olduqca vuracağam. Hər şeydən öncə komandanın qələbə qazanmasıdı. öz çıxışımdan tam razı deyiləm. Hələ də artıra bilərəm. Əlimdən gələni edirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest