"Tottenhem" qol "silahı" Harri Keyni satmaq fikrində deyil. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu klub prezidenti Daniel Levi deyib.

Levi potensial alıcıları fikrindən daşındırmaq üçün forvarda qiymət də qoyub. Belə ki, o, İngiltərə millisinin üzvünün transfer qiymətinin 250 milyon funt-sterlinq olduğunu açıqlayıb.

Qeyd edək ki, Harri Keyn "Real"ın maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest