"Futbolçuların əzmkarlığı qane etdi. İlk hissədə taktiki tapşırıqları yaxşı yerinə yetirirdilər. Təəssüf ki, fasilə ərəfəsində qol buraxdıq". Bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın VI turunda səfərdə "Qarabağ" 0:2 hesablı məğlubiyyətdən sonra deyib

"Futbolçuların əzmkarlığı qane etdi. İlk hissədə taktiki tapşırıqları yaxşı yerinə yetirirdilər. Təəssüf ki, fasilə ərəfəsində qol buraxdıq". Matc.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın VI turunda səfərdə "Qarabağ" 0:2 hesablı məğlubiyyətdən sonra deyib.
 
38 yaşlı mütəxəssis bildirib ki, gənc futbolçular "Qarabağ" kimi rəqiblə görüşdə yaxşı təcrübə toplayırlar: "Əlimizdə olan futbolçular bunlardı. Sona qədər vuruşacağıq. İlk hissədə qol buraxmasaq, ikinci yarıda fərqli də ola bilərdi. Bizim kimi komandaların 1-2 imkanı olur. Onu da yaxşı dəyərləndirmək lazımdı. Bizdə bu, çatmır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest