Futbol üzrə Qazaxıstan çempionatında 28-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi "Tobol" da növbəti matçına çıxıb.
 
Sözügedən klub doğma meydanda "Jetısu" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
"Tobol" hazırda 59 xalla 12 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest