Türkiyənin “Beşiktaş” klubu “Vulverhempton”a uduzubsa, “Trabzonspor” “Bazel”i qəbul edib və bol qollu qarşılaşmadan heç-heçə ilə ayrılıb. “Başakşəhər” də bu turda Münhenqadbax “Borussiya”sı ilə üz-üzə gəlib və heç-heçəyə imza atıb.

Futbol üzrə Avropa Liqasında qrup mərhələsində 2-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, günün ilk oyununda L qrupunda yer alan Qazaxıstan “Astana”sı ilə Serbiyanın “Partizan” klubu üz-üzə gəlib və məğlubiyyətlə üzləşib. Qrupun digər matçında isə “Mançester Yunayted” “Alkmaar” səfərində qolsuz heç-heçəyə razılaşıb.

Türkiyənin “Beşiktaş” klubu “Vulverhempton”a uduzubsa, “Trabzonspor” “Bazel”i qəbul edib və bol qollu qarşılaşmadan heç-heçə ilə ayrılıb. “Başakşəhər” də bu turda Münhenqadbax “Borussiya”sı ilə üz-üzə gəlib və heç-heçəyə imza atıb.

Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” Belçikanın “Gent” klubunu qəbul edib. Paşayevin 90 dəqiqə meydanda olduğu bu görüş də heç-heçə yekunlaşıb.

Avropa Liqası
Qrup mərhələsi

3 oktyabr

L qrupu

Astana (Qazaxıstan) – Partizan (Serbiya) 1:2
Qol: Siquryonsson, 85 – Sadiq, 29; 73.

AZ Alkmaar (Hollandiya) – Mançester Yunayted (İngiltərə) 0:0

G qrupu

Yanq Boyz (İsveçrə) – Reyncers (Şotlandiya) 2:1
Qol: Assale, 50. Fassnaxt, 90+3 – Morelos, 44.

Feyenoord (Hollandiya) – Portu (Portuqaliya) 2:0
Qol: Toornstra, 49. Karsdorp, 80.

H qrupu

ÇSKA (Rusiya) – Espanyol (İspaniya) 0:2
Qol: Lei, 64. Kampuzano, 90+5.

Ferentsvaroş (Macarıstan) – Ludoqorets (Bolqarıstan) 0:3
Qol: Lukoki, 1. Forster, 40; 64.

I qrupu

Sent-Etyen (Fransa) – Volfsburq (Almaniya) 1:1
Qol: Kolodzeyçak, 13 – Villiam, 15.

Aleksandriya (Ukrayna) – Gent (Belçika) 1:1
Qol: Sitalo, 60 – Depoitre, 6.

J qrupu

Başakşəhər (Türkiyə) – Borussiya (Münhenqladbax, Almaniya) 1:1
Qol: Vişça, 55 – Herrmann, 90+1.

Volfsberq (Avstriya) – Roma (İtaliya) 1:1
Qol: Liendl, 51 – Spinatsola, 27.

K qrupu

Beşiktaş (Türkiyə) – Vulverhempton (İngiltərə) 0:1
Qol: Boli, 90+3.

Braqa (Portuqaliya) – Slovan (Bratislava, Slovakiya) 2:2
Qol: Viana, 31. Qaleno, 63 – Şporar, 45+4. Viana, 87-öz qapısına.

A qrupu

Sevilya (İspaniya) – APOEL (Kipr) 1:0
Qol: Çiçarito, 18.

Düdelanj (Lüksemburq) – Qarabağ (Azərbaycan) 1:4
Qol: A.Bernye, 90 – A.Zubir, 11. Miçel, 30. R.Almeyda, 37-pen. D.Kintana, 69.

B qrupu

Malmö (İsveç) – Kopenhagen (Danimarka) 1:1
Qol: Rozenberq, 55 – Nilsen, 45+5-öz qapısına.

Luqano (İsveçrə) – Dinamo (Kiyev, Ukrayna) 0:0

C qrupu

Krasnodar (Rusiya) – Xetafe (İspaniya) 1:2
Qol: Ari, 69 – Anxel, 36; 61.

Trabzonspor (Türkiyə) – Bazel (İsveçrə) 2:2
Qol: A.Parmak, 26. Sosa, 78 – Vidmer, 20. Okafor, 80.

D qrupu

Sportinq (Portuqaliya) – LASK (Avstriya) 2:1
Qol: Felipe, 58. Fernandes, 63 – Raquz, 16.

Rusenborq (Norveç) – PSV (Hollandiya) 1:4
Qol: Adeqberno, 70 – Rosario, 14. Melinq, 38-öz qapısına. Malen, 41; 79.

E qrupu

Latsio (İtaliya) – Renn (Fransa) 2:1
Qol: Saviç, 63. İmmobile, 75 – Morel, 55.

Seltik (Şotlandiya) – ÇFR (Rumıniya) 2:0
Qol: Eduard, 20. Elyunussi, 59.

F qrupu

Arsenal (İngiltərə) – Standard (Lyej, Belçika) 4:0
Qol: Martinelli, 13; 16. Uillok, 22. Sebalyos, 57.

Vitoriya (Portuqaliya) – Ayntraxt (Frankfurt, Almaniya) 0:1
Qol: Ndikka, 36.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest