19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinə start götürüb. Komandamız bu gün ilk oyununu keçirib. Frydek-Mistek şəhərindəki "Stovki" stadionunda baş tutan qarşılaşmada millimiz Norveçin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinə start verib. Matc.az saytının məlumatına görə, komandamız bu gün ilk oyununu keçirib.

Frydek-Mistek şəhərindəki "Stovki" stadionunda baş tutan qarşılaşmada millimiz Norveçin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. Matçın əvvəlindəcə avtoqola üzülən komandamız qalan dəqiqələrdə rəqib qapısına yol tapa bilməyincə, meydanı minimal hesablı məğlubiyyətlə tərk edib.

Avropa çempionatının seçmə mərhələsi
VII qrup
9 oktyabr

Azərbaycan - Norveç 0:1
Qol: Elnur İbrahimov, 6 (avtoqol)

Hakimlər: Fran Yoviç, Xrvoye Radiç (Xorvatiya), Radim Dresler, Yan Petrik (Çexiya)
Frydek-Mistek, "Stovki" stadionu

Azərbaycan: 12. Əkbər Vəliyev, 2. Elnur İbrahimov, 4. Şahin Sahan Muersel, 6. İdris İnqilablı, 9. Musa Qurbanlı, 10. Turan Vəlizadə (k), 11. Tural Bayramov, 14. Ədilxan Qarəhmədov, 16. Nihad Quliyev, 18. Emre Kaplan, 21. İsmayıl Zülfüqarlı
Ehtiyat oyunçular: 22. Ayxan Arazlı, 3. Murad Məmmədov, 5. Xəyal Muradov, 7. Samir Qurbanov, 8. Təbriz İsazadə, 15. Nihad Qurbanlı, 17. Əli Mürsəlov, 19. Veysəl Rzayev, 20. Rüfət Abdullazadə
Baş məşqçi: Samir Əliyev

Norveç: 1. Rasmus Sandberq, 2. Leo Kornik, 3. Sturla Ottesen, 6. Kristoffer  Askildsen, 7. Elnar İversen, 8. Tomas Rekdal (k), 9. Noah Jean Holm, 10. Edvard Tagseth, 14. Ole Martin Kolskogen, 15. Yosef Brian Baccay, 18. Yoshua Kitolano
Ehtiyat oyunçular: 12. Oliver Petersen, 4. Bjom Malend, 11. Kornelius Hansen, 16. Sivert Mannsverk, 17. Mathias Kjolo, 19. Mustafa Fofana, 20. Emil Konradsen Ceide, 21. Fredrik Oppeqard, 22. Elvind HElgesen
Baş məşqçi: Pal Arne Yohansen

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest