İspaniya La Liqasının 10-cu turu çərçivəsində keçirilməli olan “Barselona” - “Real” matçının təxirə salındığını xəbər vermişdik. Matc.az xəbər verir ki, La Liqanın rəsmi saytı oktyabrın 26-na planladırılan matçın qeyri-müəyyən vaxta təxirə salındığını, “el klasiko”nun keçirilmə vaxtının klubların öz aralarındakı razılığa əsasən müəyyənləşəcəyini açıqlamışdı.
 
Artıq klublar da razılığa gəliblər. Öncə meydan sahibi “Barselona” rəsmi saytı vasitəsilə matçın dekabrın 18-də keçirilməsini təklif edib. Az sonra “Real” da məlumat yayaraq bu tarixdə oynamağa razı olduqlarını bildirib.
 
Bu isə öncədən də ehtimal olunduğu kimi, “Barselona” - “Real” görüşünün dekabrın 18-də keçiriləcəyi anlamına gəlir. Son sözü isə La Liqa rəhbərliyi deyəcək.
 
Xatırladaq ki, “Barselona” - “Real” qarşılaşması Kataloniyadakı etiraz aksiyaları səbəbindən təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest