Gənclərdən ibarət Azərbaycan millisinin sabiq qapıçısı Maksim Vaylonun klubsuz günləri başa çatıb. 24 yaşlı qolkiper karyerasını Ukraynada davam etdirəcək. Belə ki, o, ikinci liqa təmsilçisi "Kaluş"la anlaşıb.

Gənclərdən ibarət Azərbaycan millisinin sabiq qapıçısı Maksim Vaylonun klubsuz günləri başa çatıb. Matc.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, 24 yaşlı qolkiper karyerasını bu ölkədə davam etdirəcək.

Belə ki, o, ikinci liqa təmsilçisi "Kaluş"la anlaşıb. Kiyev "Dinamo"sunun yetirməsi yeni komandası ilə müqavilənin şərtlərini razılaşdırıb və kollektivə qoşulub. Anlaşmanın detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, ölkəmizdə 4 il "Neftçi"yə məxsus olan Maksim Vaylo paytaxt klubunu ötən ilin yayında tərk edib. O, keçən il 6 ay "Sabah"da icarə əsasında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest