Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Uels yığmasının müdafiəçisi Co Rodan üçün il bitib. Gənc müdafiəçi əməliyyat olunub. 22 yaşlı mərkəz müdafiəçisinin əməliyyatı uğurlu keçib.

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Uels yığmasının müdafiəçisi Co Rodan üçün il bitib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, gənc müdafiəçi əməliyyat olunub.

"Suonsi"nin heyətində Çempionşipin XIII turunda "Brentford"la qarşılaşmada xəsarət alan 22 yaşlı mərkəz müdafiəçisinin əməliyyatı uğurlu keçib. Bunu "Suonsi"nin baş məşqçisi Stiv Kuper deyib. O, Rodanın topuq nahiyəsindən əməliyyata ehtiyac duyduğunu və ən tezi fevral ayında məşqlərə başlayacağını söyləyib.

Rodanın zədə ucbatından seçmə mərhələnin Azərbaycan və Macarıstanla son oyunlarını buraxacağı öncədən bəlli idi.

Qeyd edək ki, noyabrın 16-da Bakıda millimizin qonağı olacaq Uels yığması bundan 3 gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest