"Sent-Etyen"in müdafiəçisi Matye Debyuşi milli karyerasını başa vurub. Matç.az saytı xəbər verir ki, bunu 33 yaşlı futbolçu özü bildirib.

Sonuncu dəfə 2015-ci ilin sentyabrında yığmanın formasını geyinmiş Debyuşi qərarını belə əsaslandırıb: "Fransa millisi ilə bağlı tarix mənim üçün başa çatdı. Bütün diqqətimi klubuma yönəltmək istəyirəm. Yığmanın heyətində əla dünya və Avropa çempionatı macərası yaşadım. Ancaq az vaxt keçməyib. Son turnirdə yığmaya düşmək üçün əlimdən gələni etdim. Fikrimcə, dəvətə layiq idim. Artıq getməyin ən doğru vaxt olduğunu qərara aldım".

Qeyd edək ki, Matye Debyuşi Fransa millisinin heyətində 27 oyun keçirib, 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest