17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı keçəcək. Matc.az saytının məlumatına görə, sabahdan bir araya gələcək komanda noyabrın 9-dək Bakıda hazırlaşacaq.

Noyabrın 10-dan 20-dək isə Yunanıstanın Patra şəhərində Avropa çempionatının seçmə mərhələsinin oyunlarında iştirak edəcək U-17-nin heyəti açıqlanıb. Məşqçilər korpusu 5 legionerə dəvət göndərib

U-17-nin heyəti: Eldar Tağızadə ("Fundacion Marcet", İspaniya), Amin Ramazanov ("Lokomotiv", Moskva, Rusiya), Ayxan Süleymanlı ("Football academy Manchester", İngiltərə), Berkay Vardar, Yusuf Oral (hər ikisi "Beşiktaş", Türkiyə), Rəşad Həsənov, Kamal Kazımov (hər ikisi "Keşlə"), Cəlal Hüseynov, Nurəli Nurəliyev (hər ikisi "Zirə"), Mirəli Əhmədov, Nihad Cəfərov, Rəvan Nağıyev (hamısı "Neftçi"), İbrahim Ramazanov, Rauf Rüstəmli, Gülağa Əsədov, Mehrac Bəxşəliyev (hamısı "Qəbələ"), ümid Səmədov ("Kəpəz"), Musa Musazadə, Zöhrab Əsədov, Mirmöhsüm Canıyev (hamısı "Qarabağ"), Nicat Quliyev ("Səbail").

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest