AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında aşağı yaş qrupu üzrə çempionatlarda qeydə alınmış neqativ hallar müzakirə edilib. Matc.az saytının məlumatına görə, komitə bəzi komandalara texniki məğlubiyyət verib.

U-13 Liqasının UGİM (Yevlax) – UGİM (Naftalan) oyununda UGİM, U-12 Liqasının “Ləcət” (Xaçmaz) – UGİM (Xaçmaz) görüşündə “Ləcət”, U-11 Liqasının “Ağstafa Gənclər” – “Qədirli” (Tovuz) matçında isə “Qədirli” təyin olunan vaxtda meydana çıxmadığına görə, hər üçünə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Yüksək Liqanın “Neftçi İK” – “Baku Fire” qarşılaşmasında “Neftçi İK”nın heyətində protokolda adı olmayan futzalçı istirak etdiyinə görə, kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest