"Beqoviçin "Stok Siti" və "Çelsi"də oynadığını bilmirdim. Onun qapısına yol tapmaq yaxşı hissdi, ancaq digərlərinə də qol vurmağa çalışmalıyıq. Ən böyük arzum İngiltərə Premyer Liqasında oynamaqdı. İspaniya La Liqası və Belçika çempionatı da pis olmaz. Görək, mövsümün sonunda necə olacaq".

"Sevilya" ilə oyuna hazırıq. Təbii ki, belə matça hazırlaşmaq biz futbolçular üçün asan deyil". Matc.az saytının məlumatına görə, bunu "Düdelanj"ın futbolçusu Antuan Bernye deyib.

Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan Lüksemburq təmsilçisi IV tur çərçivsində bu gün "Sevilya"nı qəbul edəcək.

Oyunöncəsi yerli mətbuata fikirlərini bildirən gənc hücumçu qrupun II turunda "Qarabağ"la keçirilən oyunda vurduğu qolu da xatırlayıb: "Beqoviçin "Stok Siti" və "çelsi"də oynadığını bilmirdim. Onun qapısına yol tapmaq yaxşı hissdi, ancaq digərlərinə də qol vurmağa çalışmalıyıq. Ən böyük arzum İngiltərə Premyer Liqasında oynamaqdı. İspaniya La Liqası və Belçika çempionatı da pis olmaz. Görək, mövsümün sonunda necə olacaq".

Qeyd edək ki, Lüksemburqda keçirilmiş "Düdelanj" - "Qarabağ" matçı Azərbaycan çempionunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest