Fransa millisinin baş məşqçisi Didye Deşam 2026-cı il dünya çempionatının yarımfinalında İspaniyaya qarşı keçirilən oyundakı hakimlik qərarlarını tənqid edib.

Matc.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.

Bildirilir ki, fransız mütəxəssis matçdan sonra hakim idarəçiliyinə etirazını bildirib:

"Nəsə desəm, uduzduğumuz üçün ağlamaq kimi görünəcək. Amma mən sizdən soruşuram, hakim yarımfinalı idarə etmək tapşırığının öhdəsindən gəldimi? Penalti var idi, lakin söhbət təkcə bundan getmir; hər şey üst-üstə yığılır. Bu axşam hakimə qarşı heç bir qərəzim yoxdur, amma bu sualı özünüzə verin".

Xatırladaq ki, qarşılaşma İspaniyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest