“Portu” və “Fənərbaxça”nın sabiq baş məşqçisi Vitor Pereyraya həbs cəzası verilib. Matc.az xəbər verir ki, Yunanıstan məhkəməsi “Olimpiakos”u çalışdırdığı zaman “Panatinaikos”la matçda azarkeşləri təhqir edərək, böyük qalmaqala səbəb olduğu üçün portuqaliyalı mütəxəssisə 8 aylıq həbs cəzası verib və bu qərarı təxirə salıb.

“Panatianikos” – “Olimpiakos” oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatsa da, Vitor Pereyranın səbəb olduğu hadisələrdən sonra “Panatinaikos”un 3 xalı silinib, 100 min avro cərimələnib və komandaya 2 oyun azarkeşsiz oynama cəzası verilmişdi.

2011-2013-cü illərdə “Portu”nu çalışdıran Pereyra 2015-ci ilin yanvarından iyuluna qədər “Olimpiakos”da baş məşqçi olub. Portuqaliyalı mütəxəssis daha sonra “Fənərbaxça”, “Münih 1860” kimi komandalarda çalışıb.

Qeyd edək ki, 51 yaşlı Pereyra hazırda Çinin “Şanxay SİPQ” klubunda işləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest