19 Sentyabr 2026, 17:47
FUTBOL
Ronaldo de Souza yenidən "İmişli" komandasının sıralarına qayıdıb.
Ronaldo de Souza yenidən "İmişli" komandasının sıralarına qayıdıb.
Matc.az xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, braziliyalı mərkəz yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.
Ronaldo karyerası ərzində Braziliyanın "Kruzeyro" klubunun U-17 və U-20, Portuqaliyanın "Sportinq" klubunun U-23 komandalarında, həmçinin bu ölkənin "Alverka" və "Anadiya", İndoneziyanın isə "Borneo" klublarında çıxış edib.
Qeyd edək ki, Ronaldo ötən mövsüm "İmişli"nin heyətində 29 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.













