Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 23-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Rotor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 7 qol vuran azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib.
 
"Ximki" 23 turdan sonra 46 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest