17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Qazaxıstan yığmasına qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları oyundan sonra bunları söyləyib:
 
"Rəqib 90 dəqiqə müdafiə futbolu oynadı. Bu cür futbol oynayan komandaya qol vurmaq çox çətindi. İki kobud səhv etdik. Nəticədə rəqib də bundan məharətlə istifadə edib, qalib gəlməyi bacardı. Taktiki baxımdan üstün olduğumuzu qeyd edə bilərəm. Sadəcə, əvvəlki oyunlarda olduğu kimi, yaratdığımız qol imkanlarını dəyərləndirə bilməmək problemimiz davam edir. Futbolçularımız öz üzərilərində çox çalışmalıdılar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest