"Mançester Siti" hücumçusu Rahim Sterlinqə yeni müqavilə təklif etməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "şəhərlilər" "Real"ın maraq dairəsində olan ulduz futbolçunu komandada saxlamaq niyyətindədi.

Sternliq ötən ilin noyabrında müqavilə müddətini 2023-cü ilə qədər uzatmış və həftəlik maaşı 350 min avroya yüksəldilmişdi. Klub bu şərtləri daha da yaxşılaşdırmaq fikrindədi. Bu səbəbdən mövsümün sonunda Sterlinqə yeni anlaşma təklif olunacaq.

Tərəflər arasında razılıq əldə olunsa, İngiltərə millisinin üzvü Premyer Liqanın ən yüksək ödənişli oyunçusuna çevriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest