"çelsi" yarımmüdafiəçisi Mario Paşaliçi satıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 24 yaşlı oyunçu "Atalanta"ya transfer olunub.

"Atalanta" iki mövsümdü icarə əsasında komandanın formasını geyinən Xorvatiya millisinin üzvünü birdəfəlik heyətinə qatıb. A seriyası təmsilçisi 15 milyon avro ödəyərək, ona məxsus olub. Futbolçu yaxın günlərdə "Atalanta" ilə 2024-cü ilin yayına qədər müqavilə bağlayacaq.

Qeyd edək ki, Mario Paşaliç bu mövsüm A seriyasında 13 oyunda iştirak edib, 3 qol, 2 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest