"Yuventus"un və İtaliya yığmasının yarımmüdafiəçisi Manuel Lokatelli dizindən aldığı zədə səbəbindən uzun müddətə sıradan çıxıb.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Bildirilir ki, Lokatellidə cərrahi müdaxilə tələb edən menisk zədəsi aşkarlanıb. Onun bərpa müddəti ilə bağlı proqnozlar fərqlidir. Ən optimist təxminlərə görə, o, 1 ay buraxmalı olacaq. Digər halda isə yarımmüdafiəçi yalnız 2027-ci ildə meydanlara qayıda biləcək.
28 yaşlı futbolçu A Seriyasının III turunun "Milan"la heç-heçə (1:1) bitən matçında zədələnib və meydanı ağrılar içində tərk edib.
Bu, son bir neçə gündə Turin klubunun uzun müddətə itirdiyi üçüncü əsas heyət oyunçusudur. Daha əvvəl Kənan Yıldız və Kefren Türam da zədələniblər və onların da əməliyyat olunacağı gözlənilir.












