Avropa çempionatında iştirak edəcək Uels yığması turnir öncəsi yoldaşlıq görüşləri keçirəcək. Komanda ilk olaraq martın 27-də Avstriya ilə üz-üzə gələcək. Məlumatda o da vurğulanıb ki, Uels millisinin nümayəndələri hazırda Bakıdadı.

Avropa çempionatında iştirak edəcək Uels yığması turnir öncəsi yoldaşlıq görüşləri keçirəcək. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, komanda ilk olaraq martın 27-də Avstriya ilə üz-üzə gələcək.

Görüş Kardiffdə baş tutacaq. Məlumatda o da vurğulanıb ki, Uels millisinin nümayəndələri hazırda Bakıdadı. Onlar komandanın qitə birinciliyi zamanı hazırlıq keçəcəyi potensial təlim-məşq bazalarına baxırlar. Britaniyalılar Avropa çempionatının ilk iki oyununu Bakıda keçirəcəyindən, qrup mərhələsi çərçivəsində İtaliya ilə son matça qədər paytaxtımızda məskunlaşacaqlar.

Qeyd edək ki, Uels millisi iyunun 13-də İsveçrə, 17-də Türkiyə ilə Bakıda, 21-də isə İtaliya ilə Romada qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest