Futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin püşkatma mərasimi təşkil olunacaq. Matc.az xəbər verir ki, tədbir dekabrın 16-da keçiriləcək.

Püşkatma həmin gün saat 12:30-da Bakı İdman Sarayının Mətbuat konfransı otağında keçiriləcək. Bu mərhələdə Birinci və İkinci liqalarda çıxış edən komandalar bir-birinə rəqib olacaq. İştirakçı komandalar bunlardı:

Birinci Liqa komandaları: Standard, AjaxBaku, Forza Neftçi, ADBTİA, Star karqo, Red Line, Metropoliten, Ulduz, AzMİU, U-19, Baku Fans, Qarabağ-Füzuli, Rayyan MFK, Yasamal İSK-2, Xızı Yasamal, Baku Fire-2, Zəngilan FK, çinar Cəbrayıl, Zirvə Bakı, Veqa

İkinci Liqa komandaları: NTD, Advokat, Baku Fire-3, Baker Tilly, Altay, Dalğa, Atletiko Baku, Bibi-Heybət, Hövsan, Star karqo-2, Bədr Xocalı, Borçalı, Zülfüqar, Təbriz, Gənclik İK, Baker Hughes, AZZERS, Timsport, Zirvə Bakı-2, Emin spor.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest