“Çelsi” futbolçusu Fikayo Tomorinin müqaviləsini yeniləyib. Matc.az xəbər verir ki, 21 yaşlı müdafiəçiylə müddəti 2024-cü ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngilis futbolçunun əvvəlki müqaviləsi 2021-ci ilin yayına qədər idi.

“Zadəganlar”ın yetirməsi olan Tomori bu mövsüm Premyer Liqada 11 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest