"Bunu heç də tez-tez zərbələr vurmaqla əlaqələndirməzdim. Sadəcə, bu gün oyunda bəzi epizodlarda zərbə vurmağa şərait yarandı. Önündə boşluq görürsənsə, bu zərbəni endirməlisən"

"Zirə"nin botsvanalı yarımmüdafiəçisi Mfo Kqasvane Azərbaycan kubokunun 1/4 final mərhələsində "Səbail"lə keçirilən oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Matc.az sizi həmin müsahibə ilə tanış edir:

- çempionat və kubok oyunları bir-birindən çox fərqlənir. Kubokun matçları 2 oyundan ibarət olur. Səfərdə və doğma meydanda. Düşünürəm ki, səfərdə oynadığımız üçün çətinlik çəkdik.

- Hər halda, "Zirə" üçün 0:0 hesablı nəticəni yaxşı hesab edirsiniz. Amma evdə buraxacağınız 1 qol işləri çətinləşdirə bilər.
- Fikrimcə, çox yaxşı nəticə hesab oluna bilməz. Amma evdə oynayacağımız matçda çalışacağıq ki, qapımızda qol görməyək. Həm də hücumlarımızın sayı çox olacaq. 

- "Səbail" ilə ardıcıl görüşlər keçirdiniz. Artıq bu komandanı yaxşı tanıyırsınız. Zirədəki oyunla bağlı proqnozunuz necədi?
- Təbii ki, bu, futboldu, hər şey baş verə bilər. Bu barədə öncədən heç bir proqnoz verə bilmərəm.

- Rəqib qapısına bir neçə zərbə vurdunuz.  Yaxşı keçidləriniz var. Nəyə görə bu zərbələrin sayını artırmırsınız? ümumiyyətlə, Azərbaycan çempionatında da futbolçular uzaqdan zərbələrə üstünlük vermir. Baş məşqçi buna ehtiyac olmadığını deyir, yoxsa inamınız yoxdu?
- Bunu heç də tez-tez zərbələr vurmaqla əlaqələndirməzdim. Sadəcə, bu gün oyunda bəzi  epizodlarda zərbə vurmağa şərait yarandı. önündə boşluq görürsənsə, bu zərbəni endirməlisən. Bugünkü matçda da bir neçə epizodda belə oldu. Ona görə də bu, sırf oyun epizodlarından asılı bir şeydi.

- Penalti epizodu da var idi. Yıxılıb, ayağınızı tutmuşdunuz. Necə düşünürsünüz, həmin an hakim penalti qərarı verməli idi? Heç penalti tələb etmədiniz. 
- Fikrimcə, penalti var idi. Orada anında etiraz edə bilməzdim. çünki artıq hakim oyuna davam işarəsi vermişdi.

- Botsvana millisində də  çıxış edirsiniz. Azərbaycanla məsafəsi çox uzaqdı. Milli komandaya görə oraya gedib-gələndə yol sizi yorur? Oyuna çıxmaq üçün gücünüz qalır?
- çox yorucudu. ümumi olaraq mənim səyahətim 14-15 saatlıqdı. Edə biləcəyim nə isə yoxdu. Bu, mənim həyatımdakı seçimdi.

- Botsvanada Azərbaycanı, "Zirə"ni tanıyırlar?
- Əlbəttə. Mənə görə yaxşı tanıyırlar. Azərbaycana gələn ilk  botsvanalı futbolçuyam. Təbii ki, bu halda onlar izləyib, maraqlanacaqlar.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest