Futbol üzrə Fransa çempionatında 19-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, ilk dövrənin son turunun bütün qarşılaşmaları eyni vaxtda baş tutub.

Lider PSJ "Amyen"i, "Marsel" isə "Nim"i qəbul edib. Hər iki oyunda meydan sahibləri qələbəni bayram edən tərəf olub.

Turun mərkəzi görüşündə "Monako" "Lill"lə qarşılaşıb. Knyazlıq təmsilçisi bu oyunda darmadağına sevinib. "Lion" isə "Reyms" səfərinə yollanıb. Bu oyunda qalib müəyyənləşməyib.

Fransa Liqa 1
19-cu tur

21 dekabr

Dijon – Mets 2:2
Qol: Amalfitano, 18. Balde, 42 – Diallo, 14. Mayqa, 90+1.

Marsel – Nim 3:1
Qol: Alakoç, 46-öz qapısına. Benedetto, 65. Payet, 81 – Briankon, 90+1.

Monako – Lill 5:1
Qol: Martins, 23. Keyta, 29. Ben Yedder, 53; 65. Qlik, 90+1 – Osimhen, 13.

Monpelye – Brest 4:0
Qol: Laborde, 13; 56. Savanye, 30-pen. Molle, 83.

Nant – Anje 1:2
Qol: Blas, 17 – Bobikon, 50. El Melali, 87.

Nitsa – Tuluza 3:0
Qol: Sarr, 16. Silla, 19-öz qapısına. Melu, 40.

PSJ – Amyen 4:1
Qol: Mbappe, 10; 65. Neymar, 46. İkardi, 84 – Mendosa, 70.

Reyms – Lion 1:1
Qol: Kafaro, 44-pen – Tusar, 9.

Renn – Bordo 1:0
Qol: Nyanq, 82.

Strasburq – Sent-Etyen 2:1
Qol: Ayorke, 22. Tomasson, 62 – Budebuz, 73-pen.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest