Türkiyə klubu "Kayserispor"da sürpriz ayrılıq baş verib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Bülənt Uyqun istefaya göndərilib.

Superliqa klubuna iki ay əvvəl təyin olunan Uyqun da uğursuz çıxışa son qoya bilməyib. Kayserililər onun rəhbərliyi altında cəmi 7 oyuna çıxıb və bunun 2-də qələbə qazanıb, 5-də isə məğlub olub.

Qeyd edək ki, Bülənt Uyqun Superliqanın X turu öncəsi Samet Aybabanın əvəzinə baş məşqçi vəzifəsinə gətirilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest