Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" baş məşqçisini dəyişib. Matç.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, Premyer Liqa təmsilçisi Andrey Tixonovla yollarını ayırıb.

Onu kimin əvəzləyəcəyi də artıq müəyyənləşib. Klub rəhbərliyi monteneqrolu Miodraq Bojoviçlə anlaşıb. Hazırda Almaniyada olan 50 yaşlı çalışdırıcı bu gün Samaraya yollanacaq. Bojoviçin "Krılya Sovetov"la il yarımlıq müqavilə bağlaması planlaşdırılır.

Qeyd edək ki, Miodraq Bojoviç karyerası ərzində Rusiyada "Amkar", "Moskva", "Dinamo", "Rostov", "Lokomotiv" və "Arsenal"ı çalışdırıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest