Niderlandda keçirilən voleybol üzrə Avropa olimpiya təsnifat turnirinə yekun vurulub. Matc.az xəbər verir ki, finalda Türkiyə və Almaniyanın qadın voleybolçulardan ibarət milli komandaları qarşılaşıb. 
 
3:0 hesablı qələbə qazanan "ay-ulduzlu" komanda yarışın qalibi olub. Türkiyə millisi Tokio-2020 yay olimpiya oyunlarına vəsiqə qazanıb.
 
Xatırladaq ki, Azərbaycan millisi də bu turnirdə qüvvəsini sınayıb. Amma komandamız Polşa, Niderland və Bolqarıstan yığmalarına uduzan komandamız qrupda qalmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest