Xorvatiya millisi ciddi itki ilə üzləşib. Matç.az saytı xəbər verir ki, balkanlılar İvan Rakitiçin xidmətindən məhrum olub.

İspaniya "Barselona"sının yarmmüdafiəçisi Millətlər Liqasının VI turunun İngiltərə ilə həlledici matçında iştirak edə bilməyəcək. Zədədən əziyyət çəkən İvan artıq komandanın düşərgəsinə tərk edərək Barselonaya yollanıb.

Qeyd edək ki, A Liqasının 4-cü qrupunda keçiriləcək İngiltərə - Xorvatiya oyununda qalib komanda 1-ci yerlə "Dördlər finalı"na yüksələcək, məğlub isə sonuncu yerin sahibi kimi B Liqasına yuvarlanacaq. Heç-heçə İspaniyanı qrup qalibi edəcək. Qollu bərabərlik İngiltərəni, 0:0 hesabı ilə Xorvatiyanı A Liqasından kənarda qoyacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest