Misli Premyer Liqasının 32-ci turu çərçivəsində keçiriləcək "Şamaxı" – "Turan Tovuz" matçının hakim təyinatında dəyişiklik edilib.

Matc.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək. Dördüncü hakim isə Ruslan Quliyev olacaq.

Daha əvvəl görüşün referisi Ruslan Quliyev, dördüncü hakimi Rəvan Həmzəzadə təyin edilmişdi.

Qeyd edək ki, "Şamaxı" – "Turan Tovuz" matçının sabah keçiriləcək və saat 17:00-da başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest